Ağ Ev müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümünə cavab olaraq Rusiyaya qarşı əlavə ciddi sanksiyalar hazırladığını açıqlayıb.
KONKRET.az-ın məlumatına görə, Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə axşamı bildirib ki, yeni paket cümə günü elan olunacaq. O, yeni tədbirlərin təfərrüatlarını açıqlamayıb. Həmçinin ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı tətbiq etdiyi onsuz da sərt sanksiyaları necə genişləndirəcəklərini söyləməkdən imtina edib.
Kirbi deyib ki, ABŞ Navalnının necə öldüyünü dəqiq müəyyənləşdirməyib, lakin son məsuliyyətin Rusiya prezidenti Vladimir Putində olduğunu israr edir.
Burhan,
KONKRET.az
