Quba rayonunun Rustov kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 04.07.2026-cı il tarixində saat 22:00 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə KONKRET.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, yaralılara müxtəlif nahiyələrin travmaları, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1971-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 1938-ci il və 1970-ci il təvəllüdlü pasiyentlərin (kişi) müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir.
