Aİ Gürcüstanın qərarından TƏƏSSÜFLƏNİRbackend

Aİ Gürcüstanın qərarından TƏƏSSÜFLƏNİR

Aİ Gürcüstanın qərarından təəssüflənir.

KONKRET.az xəbər verir ki, bunu Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano deyib.

O bildirib ki, Avropa İttifaqı Gürcüstan hakimiyyətinin Rusiya ilə uçuşları bərpa etmək qərarına gəlməsindən təəssüflənir.

“Bu qərar Gürcüstanın Avropa yolu ilə bağlı qorxuları artırır”, – deyə Stano bildirib.

Xatırladaq ki, “Georgian Airways” mayın 20-dən etibarən Tbilisidən Moskvaya birbaşa uçuşlara başlayacaq.

Bundan əvvəl Gürcüstan “Azimut” aviaşirkətinin Tbilisi-Moskva-Tbilisi marşrutu üzrə uçuşlara icazə verilməsi ilə bağlı müraciətini təmin edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*