Alman zabitlərinin Krım körpüsünə endirilən zərbələrlə bağlı söhbətlərinin sızmasından sonra Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Britaniya əks-kəşfiyyatı (MI5) da daxil olmaqla, Qərb kəşfiyyat orqanları artıq Almaniyaya etibar etmir.
KONKRET.az xəbər verir ki, bu barədə “Bild” mənbələrə istinadən yazır.
“MKİ və ya MI5-dən heç kim gəlib açıq şəkildə bizə inanmadıqlarını demir. Bu, mərhələli bir prosesdir: sizi daha az dəvət edirlər və yalnız müəyyən mövzular üzrə vacib görüşlər haqqında sonradan öyrənirsiniz. Kəşfiyyat xidmətləri dünyasında bizi ikinci dərəcəli hesab edirlər”, – qəzet mənbədən sitat gətirir.
O, eyni zamanda etiraf edib ki, Alman kəşfiyyat xidmətləri “birinci liqada” deyil. Mənbə mövcud vəziyyətin səbəbini “həddindən artıq tənzimləmə” hesab edir, çünki təkcə BND (almanca: Bundesnachrichtendienst) xarici kəşfiyyatı yeddi dövlət qurumu tərəfindən idarə olunur.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolç Britaniyanın Ukraynaya hərbi yardımının təfərrüatlarını açıqladıqdan sonra kəşfiyyat məlumatlarından açıq-aşkar sui-istifadə etməkdə ittiham edilmişdi.
Ariz Həsənoğlu,
KONKRET.az
