“Almaniya Rusiya ilə müharibəyə hazırlaşır” – Medvedevbackend

"Almaniya Rusiya ilə müharibəyə hazırlaşır" - Medvedev

“Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”.

KONKRET.az xəbər verir ki, belə bir açıqama ilə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram-kanalında bildirib.

Medvedev bunu “Rossiya Seqodnya”nın baş redaktoru Marqarita Simonyanın Almaniya hərbi rəsmiləri ilə Ukrayna arasında “Taurus” qanadlı raketlərinin çatdırılması ilə bağlı danışıqların səs yazısının yayımlamasından sonra deyib.

Təhlükəsizlik Şurası sədrinin müavini bildirib ki, indi Almaniyada hakim siyasi alyansın “ağ yuyulması” başlayacaq. Onun fikrincə, Almaniya Federativ Respublikası ölkənin kansleri Olaf Şoltsun bu söhbətə heç bir aidiyyəti olmadığını açıqlayacaq.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*