Almaniya səfiri “Azərsu”yu şəffaflığa çağırdıbackend

Almaniya səfiri "Azərsu"yu şəffaflığa çağırdı

“Hökumət subsidiyalarından asılı olan, yerli icmalarla əlaqə qura bilməyən böyük şirkətlərə inanmırıq”.

KONKRET.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Alman-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi “Davamlılıq 2021 Forumu”nda deyib. Forum su infrastrukturunun davamlı inkişafına həsr olunub.
Səfir bazar iqtisadiyyatına inandığını deyib: “Almaniyada öz sahələrində uğurla fəaliyyət göstərən ixtisaslaşmış şirkətlər dünya liderlərinə çevrilib. İnnovasiyanı stimullaşdırmaq üçün vəsait ayrılmalıdır. Alman şirkətlərini inandırmaq çətindir, çünki onların birinci şərti strukturun şəffaflığıdır. Buna görə də, “Azərsu” ASC-ni səylərimizi birləşdirməyə, şəffaflığa nail olmağa və əhalini təmiz içməli su təmin etməyə çağırıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*