Xalq artisti Natiq Şirinov müəllif hüquqları ilə bağlı məhkəmə işi üzrə növbəti dəfə qələbə qazanıb.
KONKRET.az xəbər verir ki, bu barədə o,sosial media hesabında paylaşım edib.
Xalq artisti bildirib ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə onun “Qavaldaş nağara” maketi üzrə müəlliflik hüquqlarının pozulduğu təsdiqlənib.
Qərara əsasən, cavabdeh tərəf müəllif hüquqlarını pozduğuna görə 25 min manat kompensasiya və 10 min manat mənəvi zərər olmaqla, ümumilikdə 35 min manat ödəməlidir.
N.Şirinov qeyd edib ki, bu, “Qavaldaş nağara” maketi ilə bağlı ikinci hüquqi qələbələridir. “Qavaldaş” təbii qaya alətidir, “Qavaldaş nağara” maketi isə müəllif hüquqları ilə qorunan səhnə əsəridir və bu iki anlayış eyni deyil.
