ABŞ-dan İrana gözlənilməz təklif: Hörmüzdən imtina et, əvəzində…backend

ABŞ-dan İrana gözlənilməz təklif: Hörmüzdən imtina et, əvəzində…

ABŞ Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etmək planından imtina etməsi müqabilində İrana dondurulmuş aktivlərinin bir hissəsini azad etməyi təklif edib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat verib.

Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu həftə Dohaya səfər zamanı Qətər vasitəçiləri ilə danışıqlardakı çıxılmaz vəziyyətdən çıxış yollarını müzakirə ediblər.

Qəzet qeyd edir ki, Vaşinqton Tehrana boğaza nəzarət iddialarından və gəmilərdən rüsum toplamaq fikrindən imtina etməyi təklif edib. Bunun müqabilində isə İranın dondurulmuş təxminən 100 milyard dollarlıq vəsaitinin bir hissəsinə çıxış əldə etməsi nəzərdə tutulur.

Qəzet onu da qeyd edib ki, İran tərəfi bu təklifi rədd edib və Hörmüz boğazına nəzarət etmək hüququnda israr etməyə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*