Yulian Naqelsmann Almaniya millisindən getdibackend

Yulian Naqelsmann Almaniya millisindən getdi

Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann komandanın DÇ-2026-da mübarizəni dayandırmasından sonra vəzifəsindən ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Almaniya millisinin 1/16 finalda Paraqvaya məğlubiyyətindən (1:1, penaltilər seriyasında 3:4) sonra 38 yaşlı mütəxəssis kollektivdə fəaliyyətini davam etdirməyə hazır olduğunu bəyan etsə də, sonradan istefa verdiyi bildirilib.

Yığmanının baş məşqçi postuna hazırda əsas namizədin Yurgen Klopp olduğu söylənilir.

Xatırladaq ki, 2023-cü ildən milliyə rəhbərlik edən Y.Naqelsmann daha əvvəl bu ölkənin “Bavariya”, “Leyptsiq” və “Hoffenhaym” klublarını çalışdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*