“American Airlines” təyyarələrində sertifikatsız hissələr aşkarlandıbackend

"American Airlines" təyyarələrində sertifikatsız hissələr aşkarlandı

“American Airlines” öz təyyarələrində sertifikatsız hissələr aşkar edib.

KONKRET.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü “Bloomberg”ə bildirib.

“Bloomberg” Federal Aviasiya Administrasiyasına (FAA) istinadən yazır ki, təyarənin saxta olduğu iddia edilən hissələrini Britaniyanın AOG Technics Ltd şirkəti istehsal edib. Agentlik qeyd edir ki, “American Airlines” Britaniya istehsalı olan hissələrin müvafiq sertifikatlaşdırmadan alınmasından təsirlənən yeganə aviaşirkət deyil.

“Daxili baxışımız, eləcə də təchizatçılarımızla əməkdaşlığımız nəticəsində az sayda təyyarədə sertifikatlaşdırılmamış hissələri müəyyən etdik. Onların hamısı dərhal dəyişdirilmək üçün istismardan çıxarıldı”, – deyə aviaşirkətin sözçüsü bildirib.

O, həmçinin qeyd edib ki, “American Airlines” tədarükçülərlə işləməyə davam edəcək və gələcəkdə belə hissələrin Amerika aviadaşıyıcısının təyyarələrində istifadə olunmamasını təmin etmək üçün Federal Aviasiya Administrasiyası (FAA) ilə əlaqələndirəcək.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*