Amerikalılar mümkün genişmiqyaslı müharibəyə hazırlaşırbackend

Amerikalılar mümkün genişmiqyaslı müharibəyə hazırlaşır

ABŞ ordusu mümkün böyük müharibəyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri yazıb.

Məlumata görə, bu məqsədlə restrukturizasiya aparılır və hava hücumundan müdafiə, pilotsuz uçuş aparatları, beş yeni əməliyyat qrupu üçün tələb olunan vəzifələrə 7500 hərbçinin cəlb edilməsi planlaşdırılır.

“Biz terrorizm və qiyamla mübarizədən uzaqlaşırıq. Biz genişmiqyaslı döyüş əməliyyatlarına hazır olmaq istəyirik”, – deyə ordu katibi Kristin Vormut izah edir.

Qeyd edək ki, ABŞ ordusunun hazırkı strukturunda 494.000-ə qədər əsgər ola bilər. Hazırda orduda 445 min nəfər hərbi xidmətdədir. Növbəti beş il ərzində amerikalılar öz ordularını 470 min nəfərə çatmaq istəyir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*