İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real”ın onun üçün son iş yeri olacağını açıqlayıb.
Sənədin müddəti 30 iyun 2026-cı ilə qədərdir:
“Bu mənim son işimdir. Karyeramı bitirəndə 2026-cı il ola bilər. Amma 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm. Çünki Madridi sevirəm, burada qalmaq istəyirəm. Bu, əldə edə biləcəyimiz uğurlardan asılı olacaq”.
Ançelotti 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edib və 2021-ci ildə yenidən kluba qayıdıb.İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real Madrid”in onun üçün son iş yeri olacağını açıqlayıb.
