Aslı Enver ana olmaq istədi, sevgilisi ondan ayrıldı – FOTOLARbackend

Aslı Enver ana olmaq istədi, sevgilisi ondan ayrıldı - FOTOLAR

Türkiyəli məşhur aktrisa Aslı Enver sevgilisi Sarp Baturdan ayrılıb.

KONKRET.az xəbər verir ki, Aslı Enverin ana olmaq arzusu onların münasibətinə son qoyub.

Daha əvvəl doqquz ay evli olub boşandığından və bir uşaq sahibi olduğundan Baturun yenidən evlənmək istəmədiyi iddia edilir.

Aslı Enver 2012-ci ildə həmkarı Birkan Sokullu ilə evlənib, amma bu evlilik cəmi üç il davam edib.

Daha sonra müğənni Murat Bozla sevgili olan məşhur aktrisa Bozun da evliliyə razılaşmadığı üçün ondan ayrılıb.

Sarp Baturla münasibətində bir gələcək görməyən Aslı Enver ondan ayrılıb və bacısıyla Meksikaya istirahətə gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*