Aşot Qriqoryan Rusiya vətəndaşlarını İŞİD-ə cəlb edirmiş – Rusiyada səs-küylü məhkəmə prosesibackend

Aşot Qriqoryan Rusiya vətəndaşlarını İŞİD-ə cəlb edirmiş - Rusiyada səs-küylü məhkəmə prosesi

Moskva Dairə Hərbi Məhkəməsi Ermənistan vətəndaşını yetkinlik yaşına çatmayan şəxsi Rusiyada qadağan olunmuş İŞİD qruplaşmasına cəlb etməkdə günahkar bilib. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, Vladimir şəhərində yaşayan yeniyetmə Suriyada döyüş əməliyyatlarında iştirak edib. Açılan cinayət işində məlum olub ki, yeniyetmə Suriyaya Ermənistan vətəndaşı Aşot Qriqoryanın təsiri altında gedib. Qeyd edək ki, hazırda Aşot Qriqoryan oğurluq və soyğunçuluq ittihamı ilə həbsxanadadır. Etdiyi cinayətlərə görə, o, 10 il azadlıqdan məhrum edilib,

A.Qriqoryanın qanunsuz fəaliyyəti ilə bağlı aparılan növbəti araşdırma zamanı məlum olub ki, hələ azadlıqda olduğu müddətdə o, İŞİD beynəlxalq terror təşkilatı ilə sıx işləyirmiş. Bu müddətdə yetkinlik yaşına çatmayan Rusiya vətəndaşları onun təsiri altına düşərək terrorçular tərəfindən hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya göndərilib.

Moskva Dairə Hərbi Məhkəməsinin kollegiyası Qriqoryanı azadlıqda olduğu zaman əlavə cinayət törətməkdə təqsirli bilib. “Terror fəaliyyətinə yardım”, “Yetkinlik yaşına çatmayan şəxsin cinayət törətməyə cəlb edilməsi” və digər ittihamlara görə əlavə  14 il müddətinə azadlıqdan məhrum edilib.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*