İran XİN-dən İsveçrədəki görüşün təxirə salınması ilə bağlı rəsmi açıqlamabackend

İran XİN-dən İsveçrədəki görüşün təxirə salınması ilə bağlı rəsmi açıqlama

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai cümə gününə planlaşdırılan İsveçrə görüşünün təxirə salınması barədə məlumat yayıb. O, yekun razılaşmanın formalaşdırılması üzrə məsləhətləşmələrin vasitəçilər vasitəsilə davam etdiyini və yeni danışıqlar prosesinin məqsədəuyğun şərtlər yarandıqdan sonra elan ediləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Baqai danışıqların final mərhələsinin “İslamabad Anlaşma Memorandumu”nun 1, 4, 5, 10 və 11-ci bəndlərinin icrasından birbaşa asılı olduğunu vurğulayıb.

XİN sözçüsü görüşün təxirə salınmasının əsas səbəblərinə də aydınlıq gətirib: “İsveçrədəki görüş ilkin olaraq müharibənin dayandırılmasına dair sazişin imzalanması və sonrakı mexanizmlərin müzakirəsi üçün nəzərdə tutulmuşdu. Lakin iyunun 18-də memorandumu rəqəmsal formatda artıq imzaladığımız üçün təcili görüşə ehtiyac qalmadı”.

Baqai əlavə edib ki, hazırda İran tərəfi yaxın günlərdə danışıqların növbəti raundunu keçirmək üçün hazırlıq işlərini davam etdirir. Bu bəyanat rəsmi Tehranın diplomatik kanalları açıq saxlamaq və sənəddəki öhdəliklərə sadiqlik nümayiş etdirmək niyyətində olduğunu göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*