Avro-2020: Niderland Ukraynanı məğlub etdibackend

Avro-2020: Niderland Ukraynanı məğlub etdi

Avstriya millisi 2020-ci il Avropa çempionatının qrup mərhələsinin ilk turunun matçında Şimali Makedoniya komandasını məğlub edib.

KONKRET.az xəbər verir ki, oyun 3:1 hesabı ilə sona çatıb.

Buxarestdə baş tutan oyunda qolları Avstriya tərəfindən 18-ci dəqiqədə Ştefan Layner, 78-ci dəqiqədə Mixael Qreqoriç və 89-cu dəqiqədə Marko Arnautoviç, şimalı Makedoniya tərəfindən isə 28-ci dəqiqədə Qoran Pandev vurub.

Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu Niderland və Ukrayna milliləri arasındadır. Bakı vaxtı ilə saat 23:00-da başlayan qarşılaşma “Amsterdam Arena”da keçirilir.

Qarşılaşma Niderlandın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb. Görüşdə əsas hadisələr ikinci yarıda yaşanıb.

52-ci dəqidədə Corcinyo Veynaldum hesabı açıb, 59-cu dəqiqədə isə Vaut Veqhorst fərqi iki topa çatdırıb. Ukrayna yığmasının heyətində Andrey Yarmolenko 75-ci dəqiqədə fərqi azaldıb, Roman Yaremçuk 79-cu dəqiqədə bərabərlik qolunu vurub.

Denzel Dümfris isə 85-ci dəqiqədə Niderlanda qələbə qazandıran qola imza atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*