Avropa Komissiyası ticarətdə “No Russia” prinsipinin təfərrüatlarını açıqlayıbbackend

Avropa Komissiyası ticarətdə “No Russia” prinsipinin təfərrüatlarını açıqlayıb

Avropa İttifaqı (Aİ) ixracatçıları sanksiyalara məruz qalan malları, o cümlədən təyyarələri üçüncü ölkələrdən olan kontragentlərə satmamalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının fevralın sonunda “Rusiyaya təkrar ixracın qadağan edilməsi” müddəasının tətbiqi ilə bağlı yaydığı açıqlamasında deyilir.

Əgər Aİ ixracatçıları bu malların Rusiyaya təkrar ixracını qadağan edən ixrac-idxal müqavilələrinə “No Russia” (“Rusiya Yox”) müddəasını daxil etməyə hazır deyillərsə, üçüncü ölkələrdən olan kontragentlərə həssas sanksiya tətbiq edilən malların tədarükündən imtina etməlidirlər. Bu bənd pozularsa, təchizatçılar müqaviləyə xitam vermək və ya zərərin ödənilməsini tələb etmək kimi icra/cəza tədbirlərindən istifadə etməlidirlər.

Qeyd edək ki, Aİ 2023-cü ilin dekabrında 12-ci sanksiyalar paketinin bir hissəsi olaraq, Avropa mallarının ixracatçılarını üçüncü ölkələrə müəyyən həssas məhsulların tədarükü üçün müqavilələrə Rusiyaya təkrar ixracı qadağan edən şərt daxil etməyi öhdəsinə götürüb. Bu məhsullara hava gəmiləri, kosmik gəmilər və onların hissələri, müəyyən aviasiya məhsulları, o cümlədən təyyarənin daxili yanma mühərrikləri, turbovintli mühərriklər, təyyarələrdə istifadə üçün təkərlər, antena reflektorları, əyləc astarları), aviasiya yanacağı, hərbi atıcı silahlar, ikili təyinatlı mallar və “Rusiya silah sistemlərində istifadə olunan qabaqcıl texnoloji mallar” daxildir.

Rusiyalı ekspertlər hesab edirlər ki, bu siyahı genişlənəcək.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*