Avstraliyalı mühasib Alissa Türkiyədə fermada işləmək qərarına gəldi – Turistləri cəlb etməyin sirləribackend

Avstraliyalı mühasib Alissa Türkiyədə fermada işləmək qərarına gəldi – Turistləri cəlb etməyin sirləri

Konkret.az-ın Türkiyə bürosu yerli mediaya istinadla xəbər verir ki, mühasibatlıq işindən bezən, beynəlxalq mədəni mübadilə proqramının üzvü olan avstraliyalı Alissa Dunn yaşadığı əyalətdən 12 min kilometrlik məsafədə yerləşən Ağrıya gəlib. Dünyanın digər ucu kimi təsvir olunan Avstraliyanın Quennsland əyalətindəki Stanthorpenin cənub yarımkürəsində mühasib işləyən Dunn işinin cansıxıcı olduğunu görüb və buna görə də dünyanın müxtəlif ölkələrini ziyarət etməyi planlaşdırıb. Səfərinin maliyyə yükünü minimuma endirmək üçün hesablamalar aparan Dunn internetdə səyahət edənlərə ziyarət etdikləri şəhərləri öyrənmək imkanı verən beynəlxalq mədəniyyət mübadiləsi proqramının üzvü olub.

Bu proqramla Dunn zəngin tarixi və mədəni dəyərləri olan “sivilizasiyaların qapısı” olaraq xarakterizə edilən Ağrının Doğubayazıt mahalına gəlib. 2015-ci ildə dövlət tərəfindən verilən güzəştlərlə qurulan Eydın-Cevan Süd İstehsalat Birliyində işə başlayan Dunn yaşadığı şəhərdən 12,200 kilometr uzaqlıqda fərqli mədəniyyətləri tanımaqdan məmnunluq duyur. Sığınacaq və yeməyə olan ehtiyacı təsərrüfat sahibləri təmin edir. Dunn mal-qara və damazlıq buzovların böyüdülməsi və bəslənməsi ilə məşğul olur. Bölgənin tarixi və təbii gözəlliklərini ziyarət edən Dunn Ağrı dağı, İshaq Paşa Sarayı və şəhər muzeyinə heyran olub.

“Nəhayət xəyalımı reallaşdırdım”

Dunn bildirib ki, “Darıxdırıcı işdən sonra həyatımda bir dəyişiklik etmək istədim və bu dünyanın bir hissəsi olan fərqli mədəniyyətlərlə tanış olmaq qərarına gəldim. Ancaq bu səfər maliyyə yükü olacaqdı. Nəhayət xəyalımı gerçəkləşdirdim və minlərlə kilometr məsafədəki Avstraliyadakı kiçik bir şəhərdən buraya gəldim”. Təsərrüfat işçilərinə heyvanlara gündəlik qulluq və bağçılıq kimi bir çox məsələdə kömək etdiyini bildirən Dunn Doğubayazitdə yaşadıqlarını bir möhtəşəm təcrübə olaraq izah edir: “Ev sahibinə kömək edirəm. İstirahət günlərimdə Van gölü sahillərindəki çimərliklərə, Van qalasına və Muradiyə şəlaləsinə baş çəkmək imkanım oldu və Doğubayazıt ətrafındakı dağları sevirəm. Şəhər muzeyini də ziyarətə başladım. Ümid edirəm ki, daha çox ziyarət etmək üçün burada qalacağam”.

Eydin-Cevan Süd Zavodunun direktoru Baytar Yasin Bicer fərqli mədəniyyətlərdən olan insanlarla görüşmək üçün belə bir tətbiqə qoşulduqlarını bildirib. “Bu proqramı tətbiq edərkən fərqli ölkələrdən olan insanların gələcəyini bilirdik, ancaq 12 min 200 kilometr məsafədən kiminsə gələcəyini düşünmədik. Bu proqramın qonağını yemək və sığınacaqla təmin edirik”.

Konkret.az

Bir cavab yazın