Azər Cabbarov: “Qazilər və şəhid ailələri ilə işləyən dövlət qurumu yaradılsın”backend

Azər Cabbarov: "Qazilər və şəhid ailələri ilə işləyən dövlət qurumu yaradılsın"

“Məncə, qazilər və şəhid ailələri ilə işləyən daha effektiv, mobil, operativ bir dövlət qurumu yaradılmalıdır. (Məsələn, Asan xidmət, Dost mərkəzləri kimi)”.

KONKRET.az xəbər verir ki, bu fikirləri sosial media hesabında jurnalist Azər Cabbarov paylaşıb:

“Orada çalışacaq əməkdaşların da çoxunu elə qazilərin, və şəhid ailələrinin arasından seçmək lazımdır. Onlar problemləri daha yaxşı anlayacaq və vaxt uzatmadan kömək edəcəklər.

Belə olarsa, müharibə veteranları və şəhid ailələri bütün problemləri ilə bağlı yalnız bir quruma müraciət edə biləcəklər və heç kim də onları gərəksiz yerə get-gələ salmayacaq.

Həm də, cəmiyyətin bu hıssas kəsimi üçün xeyli iş yerləri yaranmış olacaq. İnanın ki, bu qurumda könüllü kimi çalışmaq üçün yüzlərlə gəncimiz də müraciət edəcək. Adını da verim: “Müharibə iştirakçıları və şəhid ailələri ilə iş üzrə dövlət agentliyi”.

KONKRET.az

 

  • Tahir
    Avqust 20, 2022 - 10:22

    Doğru təklifdir. Bəli İcra hakimiyyətlərində bununla bağlı şöbələr fəaliyyət göstərir. Amma görünən odur ki, istənilən effekt vermədi. O şöbənin işçilərinin daha çox medalını qazilərdən förmalaşması yaxşı idi, amma mütəxəssis deyildi deyə onun bunun agzına baxıb işləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*