“Azərbaycan cənnət deyil, amma bu, məni qorxutmur” – Tatarıstanlı daimi NÜMAYƏNDƏbackend

“Azərbaycan cənnət deyil, amma bu, məni qorxutmur” – Tatarıstanlı daimi NÜMAYƏNDƏ

Tatarıstan prezidenti Rüstəm Minnixanovun fərmanı ilə Dövlət Dumasının keçmiş deputatı Murad Qadılşin Tatarıstanın Azərbaycandakı yeni daimi nümayəndəsi olub. Bundan əvvəl Tatarıstan rəhbəri öz istəyi ilə istefa verən respublikanın Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirovu vəzifəsindən azad edib.

KONKRET.az xəbər verir ki, Qadılşin özü “BUSINESS Online” nəşrinin müxbiri ilə söhbətində etiraf edib ki, təyinat xəbərini minnətdarlıqla qəbul edib.

O, Azərbaycana təmiz ürəklə gedəcəyini deyib: “Ancaq gediş tarixi hələ məlum deyil”.
“Düzdür, cənnətə getdiyimi söyləyə bilmərəm. Oranın özünəməxsus xüsusiyyətlər var. Azərbaycanda çox insanla tanışam, ona görə də qorxmuram. Yeni bir şey həmişə maraqlıdır. İndiki vəziyyətdə bu, iqtisadi baxımdan müəyyən bir fürsət pəncərəsidir. Mədəniyyət baxımından azərbaycanlılar yaxın xalqdır, türkdürlər. Qazaxlar qədər bizə yaxın olmasa da, doğmadır. Mənə elə gəlir ki, münasibətlərimizi möhkəmləndirməyin və yüksəltməyin əsil vaxtıdır”.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*