Azərbaycan milli komandaları Ermənistan yığmaları ilə eyni qrupa düşdübackend

Azərbaycan milli komandaları Ermənistan yığmaları ilə eyni qrupa düşdü

Basketbol üzrə aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının Avropa çempionatındakı rəqibləri bəlli olub.

KONKRET.az xəbər verir ki, 20 yaşadək oğlan basketbolçulardan ibarət yığma B divizionunun B qrupunda Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya seçmələri ilə qarşılaşacaq. Bu qrupun oyunları iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək.

18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi iyulun 23-28-də Albaniyanın Elbasan şəhərində təşkil olunacaq C Divizionunun B qrupunun oyunlarında Moldova, Ermənistan və Monako komandaları ilə üz-üzə gələcək.

Eyni yaş qrupu üzrə qızlardan ibarət kollektiv isə həmin tarixlərdə Kosovonun Priştina şəhərində keçiriləcək C divizionunun B qrupunun matçlarında Albaniya, Gürcüstan və Ermənistan yığmalarını sınağa çəkəcək.

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi C Divizionunda Albaniya, Malta və Moldova ilə birlikdə A qrupunda mübarizə aparacaq. Görüşlər iyulun 9-14-də Albaniyanın Durres şəhərində olacaq.

Eyni tarixlərdə qızlardan ibarət U-16 yığması isə C divizionunun A qrupunda Gürcüstan, Ermənistan və Kipr seçmələrinə rəqib olub. Bu qrupun oyunları Cəbəllütariqdə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*