Azərbaycan ərazisində Rusiyanın “RİA Novosti” agentliyinə girişin bağlandığı bildirilir.
KONKRET.az xəbər verir ki, bu, nəşrlərin separatçılara adət etdiyi sevgi ilə bağlıdır. Biz əminik ki, bu nəşrlərin əksəriyyətində xeyli erməni çalışır.
Azərbaycan ərazisində Rusiyanın “RİA Novosti” xəbər agentliyinə giriş bağlanmasının səbəbləri aydındır. Son günlər nəşrin ermənilərə sevgisi daha da artıb.
Xatırladaq ki, bir müddət əvvəl “RİA Novosti” Qarabağ separatçılarının “dövlət naziri” Artak Beqlaryanla geniş müsahibə dərc edib.
Bakıda bu müsahibə Azərbaycanla Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, artıq “RİA Novosti” Azərbaycanda internet saytının bloklandığını qeyd edib.



Xuraman Etibarlı,
KONKRET.az
