Litvanın “Delfi” agentliyi Azərbaycan səfirliyinə məxsus avtomobilin Vilnüs şəhərinin mərkəzində törətdiyi qəzanın detalları ilə bağlı məlumat yayıb.
Bildirilib ki, qəza saat 21:20 radələrində baş verib.
Səfirliyin avtomobilində 4 nəfər olub, onların hamısı sərxoş olub. Polis qəzanı törədən sürücünün qanında 1,4 promil spirt olduğunu açıqlayıb.