Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır.
Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqqı nə qədər olacaq? Azərbaycanda minimum əməkhaqqının da qarşıdakı illərdə artırılması gözlənilirmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, hazırda minimum əməkhaqqı 400 manatdır:
“Bu məbləğin təxminən 70 faiz artırılması minimum əməkhaqqının 680 manata çatdırılması deməkdir. Yəni 650-700 manat aralığında məbləğin müəyyənləşdirilməsi minimum əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması anlamına gəlir. Minimum əməkhaqqının hazırkı səviyyədən 50-70 faiz artırılması vacibdir. Bu artım qiymətlərin yüksəlməsi fonunda real gəlirlərin qorunmasına və əhalinin istehlak imkanlarının yaxşılaşdırılmasına xidmət edə bilər. Eyni zamanda, artımın təmin edilməsi üçün müvafiq maliyyə imkanları da nəzərə alınmalıdır”.
İqtisadçı bildirib ki, indiki şəraitdə bir çox müəssisələrdə işçiyə 700-800 manat maaş verildiyi halda müqavilədə rəsmi olaraq minimum əməkhaqqı məbləği göstərilir:
“Əməkhaqqının digər hissəsi isə qeyri-rəsmi şəkildə ödənilir. Bu baxımdan minimum maaşın artırılması ilə yanaşı, qərarın icrasına da ciddi nəzarət edilməlidir ki, əmək münasibətləri daha şəffaf olsun. Əgər minimum əməkhaqqı 600, 660 və ya 700 manat səviyyəsində müəyyənləşdiriləcəksə, işəgötürənlərin bundan aşağı rəqəm göstərməsinə yol verilməməlidir. Əks halda, minimum əməkhaqqının artırılması formal xarakter daşıya və işçilərin real gəlirlərinə təsiri məhdud qala bilər”.
Ekspert qeyd edib ki, minimum maaşın növbəti illərə saxlanılmadan məhz indiki mərhələdə artırılması daha məqsədəuyğundur:
“Konkret məbləğ müəyyən edilərkən orta aylıq əməkhaqqının səviyyəsi, əhalinin gündəlik ehtiyacları, bazarda qiymət artımları və ölkədəki ümumi iqtisadi proseslər nəzərə alınmalıdır. Bu amillərin nəzərə alınması əmək bazarının daha sabit və şəffaf fəaliyyət göstərməsi baxımından da əhəmiyyətlidir”.

Salam hər vaxtınız xeyir olsun bu 70 faiz artım olarsa əgər pradukt qiymətləri necə olacaq bəs? yəni ətin qiyməti, yağ,pesok,qən, çay ümumi hər sahədə qiymətlər necə tənzimlənəcək?
Dövlət tərəfindən enerji və su kimi strateji məhsulların qiymətləri aşağı salınsa və stabil saxlansa, əməkhaqqının yarım ildən bir artırılmasına ehtiyac olmaz, xalqımızın yaşayışı qismən təmin olar.
Salamu Əleyküm. Mən axşam simeni işləyirəm Ayda 15 gün 1 günən bir işləyirəm ancaq gecə simeni çıxıram ayda 400 manat alıram deyiler 450 manat olacaq bu necə doğrudur bildirersiz də xaiş edirəm
Qarbağ forması istiyirəm
Zərər yoxdur. Yaxın illərdə yox. lap yaxın əsrlərdə olsun artım. Ümumiyyətlə olmasa da olar.
Salam bu artım yəqin ki, 2027 ci ildən artırılır. Minimum əmək haqqı ilə işləyənlər üçün 400 m çox azdı . Yəni 8 saatlıq iş. Bu da təxminə günə 11 m düşür. Yol pulu, çay pulu çıxandan sonra qalır 8 m. Bu maaşnan ailəni dolandırmaq qeyri mümkün səviyyədədi. Hal- hazırda gündəlik təlabatda olan şeylər yəni yeyinti məhsullar çoooox qalxıb. Minimum əmək haqqı 1000 m olsa yaxşı olardı.
1550 manat orta əmək haqqı dövlətdən 5 -10 manat maaş alanlara aiddi 400 manat alanlara yox,birdəfədə 400 manat alanların orta əmək haqqını çıxarın də illərdə deyirsiz ətin kilosu 20 manatdı ,illərdə 30 çıxar kasıb necə alsın hansı ki ,bütün qrumları işlək qüvvəsi kasıblardı
Olme esseyim olmee