Kommunal ödənişlər artırıla bilər – AÇIQLAMAbackend

Kommunal ödənişlər artırıla bilər – AÇIQLAMA

Azərbaycanda kənd yerlərində yaşayan əhali üçün qaz və elektrik enerjisinə tətbiq olunan limitlərin ləğvi məsələsi gündəmdədir. Xüsusilə qış aylarında enerji istehlakının artması kənd sakinlərinin kommunal xərclərini yüksəltdiyindən, limitlərin aradan qaldırılmasının ailə büdcəsinə necə təsir göstərəcəyi maraq doğurur.

Bəs mövcud iqtisadi şəraitdə belə bir dəyişiklik gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırkı iqtisadi vəziyyət kommunal ödənişlər üzrə limitlərin ləğvinə imkan verən şərait yaratmır:

Əkrəm Həsənov: "Azərbaycanda “uşaqpulu” üçün vəsait demək olar, yoxdur"  Pravda.az

“Hazırda ölkədə ciddi iqtisadi artım yoxdur. Dövlət büdcəsinin vəsait toplamaqla bağlı problemləri mövcuddur. Kommunal təşkilatların qarşısında da ən azı öz xərclərini əldə etdikləri gəlirlər hesabına qarşılamaq məqsədi qoyulub. Bu baxımdan kommunal xidmətlər üzrə hər hansı güzəşt və ya ödənişlərin azalmasını gözləmək çətindir.

Əksinə, gələcəkdə kommunal xərclərin artması ehtimalı da istisna edilə bilməz. Ona görə də qaz və elektrik enerjisi üzrə tətbiq olunan limitlərin yaxın zamanda ləğv ediləcəyini düşünmürəm”.

Ekspertin sözlərinə görə, limitlərin aradan qaldırılması kənd sakinlərinin müəyyən dövrlərdə kommunal ödənişlərinin azalmasına şərait yarada bilsə də, hazırkı iqtisadi şərtlər belə bir qərarın qəbul olunmasını real göstərmir.

Aynurə İsmayıl

KONKRET.az

  • ilham
    Sentyabr 24, 2026 - 22:33

    Sizə fərq etməz mənim kimi yetimə 6baz ailə saxlayan insana kominal ödənis agirdir hələ qişon borcunu ödəməmisəm qiş gəlib niyə bu kasib millətə yardim yoxdur.millət tazix deyilmi.Allah rəhm etsin

  • Yegane
    Sentyabr 24, 2026 - 23:15

    A bele derd ola qeçe yatruq seher komunal. Qalxıb a besdirin də insanları bezdirdim örodukt qalxır çorək qalxır her şey qalxır bu nedi neynemek fikriniz var komunaların elindən ozmuzu asaq besdirin ureyniz də eli Rehmi olsun Banklar bir yanan qanımızı içir çox yoruldu qbu qeder inçitmezder gundə bir qanun eh Allahdan qorxun da bu millət eziyet çekir Ay Dovlet işçiləri Qrumları insfnan işliyin

  • 88
    Sentyabr 25, 2026 - 01:26

    aha maaslarin artmasiyla bagli iy qaniblar ucunu qoyurlar verdiklerini cixartmasalar dayanmayacaqlar bunlar addda qoyacaqlar maaslar artdi !!!!!!!…herbicilerin maassi qalxir deye min hoqqa vereceyler ele bil qazi o caylari golleri sulari xaricden alirlar utanib olmurler

  • ZOHRE
    Sentyabr 25, 2026 - 03:22

    Mən şəxsən haqqımı halal etmirəm. Gözünüzdən gəlsin məmurlar.

  • Pərviz
    Sentyabr 25, 2026 - 18:56

    Xahish edirem qaza hava vurulmasinida gundeme getrin

  • Ziya
    Sentyabr 26, 2026 - 10:06

    onsuzda millət sürünür, müharibə şəraitində yaşayanda bu qədər əziyyət çəkmirdik, Qarabağı öz büdcəmizə tikəndə belə olacaq. Ermənistanı beynəlxalq məhkəməyə verən olmadı ki, dəymiş ziyanın heç olmasa 3 də birini ödəsinlər. erməni olsaydı qəpiyinə kimi dəymiş zərəri ödətdirmişdi. bizim işğal dövründə çəkdiyimiz əziyyət azmış kimi, hələ erməni dığaları dağıtdığı evləridə qalan ömrümüzə tikməliyik. hakimiyyət bu işlə məşğul olmamalıdır. niyə mən övladımın boğazından kəsib dığanın dağıtdığı evi tikməliyəm?!

  • Ruslan
    Sentyabr 26, 2026 - 12:37

    Bəli rayonlarda qaz limiti aradan qaldırılsın ödəyə bilmirik məhv olmuşuq.iş yox niyə məcbur edirsiz hammi bakıya qacıb gəlsin

  • Nurlan
    Sentyabr 26, 2026 - 16:18

    Büdcəni talamasinlar büdcə dolacaq Allah bütün kasıb millətimə kömək olsun Allah gözünüzü doydursun

  • Nigar
    Sentyabr 26, 2026 - 16:52

    Bir sozle azürbaycandan qacmaq lazimdi dovlet qiracaq bizi😡 sonrada deyiler herbiye oqul yola neyle boyuduek bilen yoxdu amma vurusmqa xidmete tüz isdyrler 😡 vurusmaqa drymez bu dovlet ucucn heyif sehidıerden

  • Vətəndaş
    Sentyabr 26, 2026 - 22:30

    Azaldın qiyməti kənd yerləri bina kimi deyil. Xərci çoxdu qızdırmaq olmur limiti ləgv edin belə getsə bölgəkərdə. Vətəndaş qalmayacag azaldın komunalıı

  • Desəm öldürəcəklər, deməsəm ölürəm.
    Sentyabr 27, 2026 - 00:17

    Bir sözlə vətəni dolandirmagimiz az deyil xaricdəki yarım qalan villalar yaxtalarinizi da biz tikmeliyik də he? Bəsdirin də heç utanıb xəcalət çəkirsiniz? Qarabağı azad edən oğullar biz şad firavan yaşayaq deyə can qoydular,. Onlar can qoymadilar ki Qarabağ alinsin bizi Nəsimi tək dərdimizi soysunlar. Biz ermeniyik? Biz niyə başqa dövlətlərə baxıb həsrət aparaq he? Götü ciriq 011 Azərbaycanda hələ də 4,5 min manatdır. Xaricdə 1 dene sovet maşını qalmayıb ürəyin isdeyen maşın demək olar pulsuzdu. Tamojnu, hava limani, neft, qaz, qızıl yatağı, şirkətlər ne bilim banklar, ayna cərimələri, bizim öz büdcəmizi doldura bilmir?, heç bu söhbətin içində uşaq pulu verilmir pensiya yaşı artır banklar da ki camaatı yixib sürüyür. Qardas açın aşkar deyin bizi öz dədə baba yurdumuzda maralni şəkildə sürgün etmək isdeyirsinizse bunu gizlətməyin deyin camaat gedib digər ölkədə qalan ömrünü balasi ilə insan kimi yaşasin. Bu millətin insan kimi yaşamaq ixtiyarı var. besdirin daha can bogazdadir vallah. 35 yaşım var Men ailə qura bilmirəm, meni kimi milyonlarla cavan var. Sabah hansı uşağı əsgər apara biləcəksiniz? Ailə quran var ki uşaq da olsun? Kökümüzü kəsməkdir niyyətiniz? Haqqımız balalarınızın burnundan gelsin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*