Azərbaycan Serbiya ilə enerji sahəsində əməkdaşlıq  sazişi imzaladıbackend

Azərbaycan Serbiya ilə enerji sahəsində əməkdaşlıq sazişi imzaladı

Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

KONKRET.az xəbər verir ki, sənədə Bakı Enerji Həftəsi çərçivəsində imza atılıb. Serbiyanın energetika və mədən naziri Zorana Mixayloviç bildirib ki, saziş iki ölkə arasında xüsusilə qaz sektoru və enerji keçidi sahəsində əməkdaşlığın, ümumi əlaqələrin inkişafına kömək edəcək.

Bu gün energetika naziri Pərviz Şabhazov və Prezident İlham Əliyevlə görüşən Z.Mixayloviç, ikitərəfli siyasi əlaqələrin enerji sektorunda əməkdaşlığın daha da irəliləməsinə kömək edəcəyini qeyd edib: “Əməkdaşlığın iki prezident və xalqlarımız arasında dostluq münasibətlərinə əsaslanmasından şadam. Prezident Əliyevlə görüş sazişin imzalanması qədər mühümdür və bunun, gələcəkdəki bütün sazişlər və müqavilələr üçün ilk addım olduğundan əminəm.

Yaxşı siyasi əlaqələr, xüsusi ilə nəqliyyat infrastrukturu baxımından yaxşı iqtisadi əməkdaşlıqla müşayiət olunur, ancaq enerji sektorunda əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq üçün imkan var. Cənub Qaz Dəhlizi bütün Avropanı təchiz etmək və tədarük marşrutlarının və təchizatçılarının diversifikasiyası üçün vacib olduğuna görə, anlaşma xüsusilə qaz sektorunda əməkdaşlığı artıracaq”.

Onun sözlərinə görə, Serbiyanın Azərbaycandan qaz almasını təmin edəcək Serbiya-Bolqarıstan qaz qovşağının tikintisinə artıq başlanılıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*