Ermənistan parlamentində kütləvi dava düşüb.
KONKRET.az xəbər verir ki, baş nazir Nikol Paşinyan baş verən insidentə sosial şəbəkədə sarkazmla münasibət bildirib.
Ermənistan parlamentində hakim partiya və müxalifət deputatları arasında əlbəyaxa dava yaşandıqdan sonra Baş nazir Nikol Paşinyan “Facebook” hesabında paylaşım edib.
Paşinyan müxalifətçi deputatları nəzərdə tutaraq: “Mən elə bilirdim, heç olmasa fiziki cəhətdən güclüdürlər” — deyə ironiya ilə vurğulayıb.
Parlamentin vitse-spikeri Ruben Rubinyan isə baş nazirin bu paylaşımının altında sarkastik rəy yazaraq, “Mən də çox məyus oldum” ifadəsini işlədib.
Müşviq Tofiqoğlu
KONKRET.az
https://t.co/uW09QO2Vo5
— Newsfeed (@Newsfeed883920) October 29, 2026
