Azərbaycanda hotel işçiləri qəzaya düşdü: Xəsarət alanlar varbackend

Azərbaycanda hotel işçiləri qəzaya düşdü: Xəsarət alanlar var

Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüb, 5 nəfər xəsarət alıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, “VAZ-2106” və “Nissan X-Trail” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Şabran Hotel”in işçiləri – 1992-ci il təvəllüdlü Zeynalov Əlisahib Mirzə oğlu, Vəliyev Cəmil Əşrəf oğlu, 2004-cü il təvəllüdlü Sərdarov Elmir Vüsal oğlu, 2007-ci il təvəllüdlü Zeynalov Cavad Həbib oğlu və 1988-ci il təvəllüdlü Haşımov Elxan Pirverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*