Azərbaycanda ilk dəfə: Tələbə Avropa Parlamentinə rəsmi təcrübəçi kimi qəbul oldubackend

Azərbaycanda ilk dəfə: Tələbə Avropa Parlamentinə rəsmi təcrübəçi kimi qəbul oldu

Azərbaycanlı gənc xanım Avropanın siyasi mərkəzi olan Avropa Parlamentinə qəbul olub.

KONKRET.az xəbər verir ki, azərbaycanlı gənc xanım tələbə – Cavidə Rəhimova ilk dəfə olaraq Avropa Parlamentində rəsmi şəkildə 3 aylıq təcrübə proqramına qəbul olunub.

Belə ki, bu, həmyerlilərimizin dünyanın ən nüfuzlu qurumlarından biri olan Avropa Parlamentində rəsmi şəkildə və ödənişli əsaslarla olan ilk təcrübəsidir.

Həmyerlimiz hazırda Parlamentin “İnkişaf Komitəsi”, “Büdcəyə Nəzarət Komitəsi”, “İnsan Hüquqları Komitəsi” üzrə fəaliyyət göstərən Avropa Parlamenti deputatının xüsusi təcrübəçisi olaraq fəaliyyət göstərir.

Qeyd edək ki, Cavidə Rəhimova 2016-2020-ci illər ərzində Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində “Beynəlxalq Münasibətlər” ixtisası üzrə əyani təhsil alıb. Təhsil müddətində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində təcrübə proqramını tamamlayıb.

2020-ci ildə Bakalavr pilləsi üzrə təhsilini tamamladıqdan sonra, magistr təhsilinə Belçika Krallığında yerləşən Vrije Universiteit Brusselsdə “Avropa və Beynəlxalq İdarəetmə” ixtisası üzrə davam edib. Bu müddət ərzində Belçikada fəaliyyət göstərən “Caspian Initiative for Integration and Partnership” (CIEIP) tələbə təşkilatının qurucularından biri olub, hazırda isə bu təşkilata sədrlik edir.

Avropa Parlamentində rəsmi olaraq 3 ay müddətində təcrübə proqramına qəbul olması həmyerlimizə bu qurumda büdcə nəzarəti və inkişafı sahəsində təcrübə və bilik əldə etməyə, bacarıq və təcrübələrini daha da artırmağa imkan verəcək.

Natiq Səlim,

KONKRET.az

  • Fidan Kərimli
    May 2, 2023 - 01:34

    Salam.

    Xahiş olunur səhv məlumat paylaşmayın. Azərbaycanlı gənclər illər boyu Avropa Parlamentində ödənişli əsaslarla müxtəlif avropa deputatları ofislərində təcrübə proqramlarında olublar. Bu xəbərin “ilk dəfə” belə halın olması kimi yazılması düzgün deyil. Istəsəniz Belçikadakı səfirliklə də dəqiqləşdirə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*