Küveytdə hökumət 30 yaşına qədər ailə qurmayan qadınlara aylıq müavinət verəcək. Bu qərar qadınların həyat keyfiyyətini artırmaq və sosial təminatı gücləndirmək məqsədilə qəbul olunub.
Bildirilib ki, Küveyt dövləti 30 yaşdan yuxarı subay qadınlara aylıq 560 Küveyt dinarı (təxminən 3075 manat) müavinət ödəyəcək. Müavinət daha çox gəliri olmayan və valideynini itirmiş xanımlara yönəldiləcək. Bənzər qərarın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də tətbiq edildiyi deyilir.
Maraqlıdır, bu cür sosial təşəbbüs Azərbaycanda da mümkündürmü?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, ümumilikdə bu, çox gözəl ideyadır:
“Azərbaycanda da belə təşəbbüs faydalı olar. Lakin iqtisadi imkanlar və şərait buna uyğundurmu? Analoji təşəbbüs ölkəmiz üçün də çox müsbət nəticələr verə bilər.
Lakin Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanı müqayisə etmək nə dərəcədə düzgündür, bilmirəm”.
İqtisadçı Emin Qəribli isə deyib ki, həmin sosial müavinət 30 yaşından yuxarı, valideynsiz və müəyyən sosial çətinlikləri olan şəxslərə şamil edilir:
“Lakin bu məsələni dəqiq müzakirə etmək üçün qanunvericiliyə baxmaq lazımdır, çünki orada müvafiq şərtlər və tələblər göstərilib. Ona görə də, ətraflı danışmaq çətindir. Tam əksini isə inkişaf etmiş ölkələrin təcrübəsindən görmək mümkündür. Orada ailəsi olmayan və ya 30-40 yaşdan yuxarı şəxslərə müəyyən vergi və ya sosial siyasət tətbiq olunur. Məsələn, ailəsi olmayanlara əlavə vergi tətbiq edildiyi hallara rast gəlinir, uşağı olanlara isə müvafiq güzəştlər verilir. ABŞ və Avropa ölkələrində övladı olan ailələr bəzi hallarda təhsil haqqından vergi güzəştləri əldə edir, lakin 30 yaşına qədər ailə qurmayanlara əlavə ödəniş və ya güzəşt məsələsi ölkədən-ölkəyə fərqlənir”.
İqtisadçı deyib ki, bu cür sosial təşəbbüslər yalnız xüsusi hallara – valideynini itirmiş və ya maddi vəziyyəti çətin olan şəxslərə aid edilir:
“Ümumiyyətlə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, evli və övladlı şəxslərə sosial və vergi üstünlükləri verildiyi halda, subay şəxslər üçün əlavə vergi və ya sosial tənzimləmələr tətbiq oluna bilər”.

Bizde yalniz her wey insanlarin ziddine tez berpa ve ya qerar edilir hemde eleyhine.
asanlawdirmaq evezine eksi olur yawamin hemde pul vermeye geldikdd iqtisadi veziyyet almaga geldikde qebul olunur hemde iwsizlik maiwda 300 kole qal yeme mene verdi axrinci qepiyide…niye mehz iqtisadiyyat bize tersi oxunur neftimiz qizilimiz bize aid deyilmi?niye bize verilmir?!
Bizim neftimiz qizilimiz niye bize verilmir?iqtisadiyyat her sozde gelir ancaq ziyandi bize eksi edilir avropada filan filan bahadir bizde qalxir qiymet ancaq xarici olkelerin xalqlari ucun etdiyi niye gosterilib derc edilmir?insanlarin yawam seviyyesine baxilsin haqqidir her bir kesin haqqini almasi onlarda haqsizliq yoxdur heyatda rahatlawdirilma var…
bizde her gun agirlawir qayda qanun ozlerine edilir serf olunan.
Sosialdan gəlib görsələr ki, kasıb acından ölüb, yalnız o vaxt belə qərar verirlər! Düşürdü, amma heyif ölüblər.