Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər – FOTObackend

Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər - FOTO

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Zamin Qalayev vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Gizir rütbəsində xidmət edən Z.Qalayev ötən gün dünyasını dəyişib. Onun iş başında olan zaman vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il dekabrın 15-də imzaladığı sərəncamla Qalayev Zamin Zelan oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*