İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib.
KONKRET.az xəbər verir ki, edam olunan şəxslər, Yaqub Kərimpur və Nasir Bəkərzadə Mossadla əməkdaşlıqda təqsirli biliniblər.
İran Ali Məhkəməsi ölüm hökmlərini qüvvədə saxladıqdan sonra onlar dar ağacından asılaraq edam olunublar.
İttihama əsasən, Kərimpur gizli məlumatları “Mossad” əməkdaşına ötürüb. Bəkərzadə isə hökumət və dini xadimlər, eləcə də mühüm obyektlər barədə məlumat toplamaqda, o cümlədən Natanz nüvə obyekti ətrafı ilə bağlı məlumatlar əldə etməkdə günahlandırılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
