Müğənni İbrahim Borçalı biznesindəki böyük zərərindən söz açıb.
KONKRET.az-ın milli.az-a istinadən xəbərinə görə, sənətçi bildirib ki, Rusiyada qurduğu biznes uğursuz alındığı üçün 2 milyon manatdan artıq ziyana düşüb.
İbrahim Borçalı açıqlamasında bu sözləri deyib:
“Bəlkə, həmin biznesi Azərbaycanda qursaydım, belə bir zərər yaşamazdım. Rusiyada işlər istədiyim kimi getmədi və böyük itki ilə üzləşdim”.
Müğənninin açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.
