Ermənistandan Azərbaycanla sərhəddə ŞOK ADDIM: Paşinyanın Bakıya qarşı planı TƏƏCCÜBLƏNDİRDİbackend

Ermənistandan Azərbaycanla sərhəddə ŞOK ADDIM: Paşinyanın Bakıya qarşı planı TƏƏCCÜBLƏNDİRDİ

Ermənistan hakimiyyətinin Azərbaycanla sərhəd boyunca beton bunkerlər və ya rəsmi ifadə ilə “sərhəd qalaları” inşa etməsi regionda gərginliyin artıb-artmayacağı suallarını gündəmə gətirib.

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Ermənistanın bu addımı heç də xoş niyyətdən xəbər vermir:

Oqtay Qasımov: “Levon Ter-Petrosyanın açıqlaması erməni siyasi düşüncəsinin  hansı yönə kökləndiyini ifadə edir” | KONKRET

“Ermənistanın Azərbaycanla sərhəddə hasarlar və qala divarları tikməsi onların dediyi kimi təhlükəsizlik məqsədi daşımır. Bu, hazırkı sülh prosesinə uyğun davranış deyil. Bununla hansısa formada təzyiq göstərəcəklərinə inanmıram.”

Siyasi şərhçinin sözlərinə görə, bu cür tikintilər müəyyən gərginlik yarada bilər, lakin bunun ciddi nəticələr doğuracağı real görünmür:

“Doğrudur, Ermənistanda revanşist qüvvələr var və bu məsələdə maraqlı ola bilərlər. Amma bütün sərhəd boyunca belə divarların çəkilməsi mümkün deyil. Çünki relyef buna imkan vermir. Əgər hansısa gərginlik yaratmağa cəhd etsələr, bu, Ermənistanın özü üçün ciddi problemlər doğura bilər.”

Oqtay Qasımov əlavə edib ki, Azərbaycan ordusu istənilən təxribatın qarşısını qısa zamanda ala biləcək gücdədir:

“Azərbaycan istənilən təxribatı yerindəcə dəf edə bilər və sərt şəkildə cavab vermək imkanına malikdir. Ermənistanın atdığı bu addımlar müəyyən gərginlik yaratsa da, Azərbaycan prosesləri izləmək və qarşısını almaq gücündədir.”

Siyasi ekspertin fikrincə, sərhəddə aparılan bu cür tikinti işləri sülh danışıqları fonunda ziddiyyətli addım kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*