ABŞ Ukraynanı buna məcbur edir – Reutersbackend

ABŞ Ukraynanı buna məcbur edir - Reuters

Reuters agentliyinin iki adı açıqlanmayan mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ Ukraynanı müharibəni dayandırmaq üçün yeni Amerika planı ilə razılaşmağa təzyiq göstərir və kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü dayandırmaqla hədələyib.

KONKRET.az xəbər verir ki, mənbələrin sözlərinə görə, Kiyev Vaşinqton tərəfindən əvvəlki heç bir sülh danışıqları dövründə olmadığı qədər güclü təzyiq altındadır: ABŞ Ukraynanın gələn cümə axşamına qədər çərçivə sazişini imzalamasını istəyir.

Agentliyin qeyd etdiyinə görə, cümə günü Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə telefon danışığı aparan Ukrayna prezidenti Volodimir Zelenski ABŞ planını açıq şəkildə rədd etməmək və amerikalıları incitməmək üçün ehtiyatlı mövqe tutub. ABŞ planının hazırlanması zamanı məsləhətləşmələrə cəlb olunmayan avropalı liderlər isə Kiyevə qəti dəstək ifadə ediblər.

Adı açıqlanmayan yüksək vəzifəli amerikalı məmur Reuters-ə bildirib ki, plan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Zelenskinin yaxın müttəfiqi Rüstəm Umerovla məsləhətləşmələrdən sonra hazırlanıb:
“Bu plan Umerovla müzakirədən dərhal sonra tərtib edilib, o, bir neçə dəyişiklik edərək planın böyük hissəsini təsdiqləyib və onu Zelenskiyə təqdim edib”.

Lakin Umerov cümə günü bildirib ki, planın şərtlərini müzakirə etməyib və onları təsdiqləməyib. ABŞ nümayəndə heyəti ilə görüşdən sonra isə bəyan edib ki, Kiyev onun suverenliyini pozan heç bir planı qəbul etməyəcək.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*