Ukrayna və Avropa liderləri Trampın planının əsas elementlərini rədd ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Ukrayna və onun aparıcı Avropa müttəfiqləri müharibəyə son qoymaq üçün təklif olunan ABŞ-Rusiya planının əsas müddəalarına qarşı çıxıblar.
Nəşrin məlumatına görə, Almaniya kansleri Fridrix Mertz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer Zelenski ilə telefon danışığı zamanı Ukraynanın müdafiəsini zəiflədə biləcək güzəştlərin qəbuledilməz olduğunu açıqlayıblar.
Almaniya hökumətinin məlumatına görə, liderlər razılığa gəliblər ki, Ukrayna Silahlı Qüvvələri ölkənin suverenliyini müdafiə etmək qabiliyyətini saxlamalı və hazırkı təmas xətti istənilən potensial sülh danışıqları üçün başlanğıc nöqtəsi olmalıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
