Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan prezidentini dövlət səfəri ilə Ermənistana dəvət edib.
KONKRET.az xəbər verir ki, bu barədə Nikol Paşinyan bu barədə Qazaxıstan prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Qazaxıstan prezidenti, hörmətli Kasım-Jomart Tokayev cənabı Ermənistan Respublikasına dövlət səfəri ilə dəvət etmək mənim üçün də böyük şərəfdir. Sizi Ermənistan Respublikasında dövlət səfəri ilə qəbul etmək bizim üçün böyük şərəf olacaq. Əminəm ki, bu səfərin nəticələrinə görə, artıq indiki səfərin yekununda münasibətlərimizin yeni səviyyəyə qalxdığını qeyd edə biləcəyik və yeni gündəmin formalaşdırılması və onun fəal şəkildə həyata keçirilməsi üçün imkan və məkanımız olacaq”, – deyə Paşinyan bildirib.
Ermənistan Respublikasının Baş naziri həmçinin Qazaxıstan prezidentini gələn ilin payızında Ermənistanda keçiriləcək biomüxtəliflik üzrə sammitdə (COP-17) iştirak etməyə dəvət etdiyini bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
