İran Azərbaycanının Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunun açılması üçün hazırlıq işləri aparılır.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Məlumat veririk ki, hazırda hazırlıq işləri gedir. Departament müvafiq olaraq növbəti dəyişikliklər barədə əlavə məlumat verəcək”, – XİN-dən bildiriblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az