Badalyan: “Belə getsə, Azərbaycan bütün Ermənistanı işğal edəcək”backend

Badalyan: "Belə getsə, Azərbaycan bütün Ermənistanı işğal edəcək"

“2025-ci ildə Ermənistanın və erməni xalqının qarşısında duran vəzifələr keçən ildən daha çox olacaq. Amma bütün problem ondadır ki, erməni milləti ya heç nə etməyəcək, ya da heç nə etmək istəmir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni ekspert Armen Badalyan bildirib.

O daha sonra fikirləini belə davam etdirib:

“Ermənistan uzun müddətdir ki, subyekt deyil. Bu ölkə hakimiyyət tərəfindən obyektə çevrilib, yalnız müşahidəçi statusuna malikdir. Proses elə bir məcrada gedir ki, sadəcə olaraq millətin, ölkənin potensialını məhv edirlər. Ona görə də heç kim heç nə edə bilmir. 1990-cı illərdən bəri kifayət qədər böyük potensiala malik Ermənistanı 1-1,5 milyon insan tərk edib.

Çıxarın, cəmiyyətin sosial strukturunu öyrənin: təqaüdçüləri, sosial cəhətdən imkansız təbəqələri və digərlərini çıxarın, bütün bunları çıxarandan sonra görəcəksiniz ki, döyüşən kütlə çox az qalıb”, – deyə Armen Badalyan bildirib.

Onun sözlərinə görə, şikayət edənlər çoxdur, lakin onların heç də hamısı özlərini müxalifətçi elan etsələr də, indiki hökumətə qarşı mübarizə aparmırlar. Yəni kənardan çoxları müxalifətdə görünsə də, gizlincə hakimiyyətlə və Nikol Paşinyanla sıx əməkdaşlıq edirlər.

Armen Badalyan Ermənistanın üzləşdiyi çağırışlar sırasında Türkiyə-Azərbaycan tandemindən gələn ən mühüm təhlükələri qeyd edib, lakin onun sözlərinə görə, İran İslam Respublikası hər bir ölkənin ərazi bütövlüyünün təmin edilməli olduğu vədinə əməl etdiyi müddətcə bu təhlükələr cilovlana bilər.

Türkiyə-Azərbaycan tandeminin aqressiyası İranın mövqeyini hələlik məhdudlaşdırır, lakin İran-ABŞ münasibətlərinin hansı şəraitdə olacağı və hansı siyasət yeridəcəyindən asılı olaraq vəziyyət hər saniyə dəyişə bilər.

Əgər ABŞ bu və ya digər şəkildə regionda İran faktorunu boğmağı bacararsa, Azərbaycan yaxın bir zamanda Sünik (Qərbi Zəngəzur), Vayots Dzor, Vardenis və digər ərazilərə daxil olacaq.

Sülh müqaviləsinin imzalanmasına gəlincə, Əliyev o müqaviləni çox uzağa qoyub. O, nə bu il, nə də yaxın illərdə imzalanacaq, çünki o sazişdən faydalananlar qlobalistlər olub.

ABŞ-ın yeni rejiminin, ümumiyyətlə, bu razılaşmada maraqlı olub-olmaması aydın deyil. Əgər maraqlı deyilsinizsə, heç bir müqavilə imzalanmayacaq. Azərbaycan isə o müqaviləni manipulyasiya edərək öz tələblərini irəli sürməyə çalışır. Azərbaycanın şərtləri tam yerinə yetirilənə qədər, yəni Ermənistanın tam işğalı başa çatana qədər bu proses davam edəcək. Ona görə də Azərbaycanın heç bir müqavilə imzalamasına ehtiyac yoxdur, üstəlik, Azərbaycan bu sənədi hətta formal olaraq məcburi olsa belə, imzalamaq istəmir. Azərbaycana faktiki təzyiq edən yoxdur”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*