Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
İlkin məlumata əsasən, bu gün saat 12:10-da “Ulduz” – “Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov” – “Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
***
“Bakı Metropoliteni” QSC-nin əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
***
Bakı Metropoliteni QSC-nin “Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
***
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib:
“Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək”.
