KONKRET.az xəbər verir ki, meyxanaçı Ruslan Müşfiqabadlı həmkarı ilə birgə fotosunu paylaşaraq ona ürək sözlərini ünvanlayıb.
O, paylaşımında “Mövludun mübarək, qardaşım. İnşAllah, azadlıqda görüşmək arzusu ilə. Bu da bir imtahandır, sınaqdır, əziz qardaş” sözlərini yazıb.
Rəşad Dağlının ailəsi də onu ad günü münasibətilə təbrik edib. Meyxanaçının oğlu Yusif və qızı Bətülün yer aldığı paylaşım sosial şəbəkə izləyicilərinin diqqətini çəkib.
Yusif videoda atasına müraciətlə deyib: “Bu gün atamın ad günüdür. Səni təbrik edirəm, 100 yaşa. İnşallah, axırıncı dəfədir ki, sənsiz tort kəsirik”.
Kadrlarda meyxanaçı Orxan Lökbatanlı və oğlu Hüseynin də yer aldığı görünür.
Rəşad Dağlı 2022-ci il noyabrın 9-da baş vermiş hadisə ilə bağlı məsuliyyətə cəlb olunub. O, qonşusu İsgəndər Mehdiyevin qətlə yetirilməsi işi üzrə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./yenisabah


