ABŞ-İran danışıqları: İslamabadda əməliyyat keçirildibackend

ABŞ-İran danışıqları: İslamabadda əməliyyat keçirildi

Tehran və Vaşinqton arasında ikinci danışıqlar raundu ərəfəsində Pakistan polisi paytaxt İslamabadda geniş təhlükəsizlik əməliyyatları həyata keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə İslamabad polisi məlumat yayıb.

Məlumata görə, təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən üçü Əfqanıstan vətəndaşı olmaqla, 39 şübhəli saxlanılıb:

“İslamabad polis rəisinin əmri ilə bu gün səhər saatlarından başlayaraq, şəhərin müxtəlif ərazilərində geniş axtarış əməliyyatları aparılır. Əməliyyatlar zamanı 743 nəfər yoxlanılıb, 307 ev, 95 mağaza və 46 oteldə axtarışlar aparılıb”.

İslamabad polisi 39 şübhəlinin 18 motosikletlə birlikdə əlavə araşdırma üçün müvafiq polis bölmələrinə aparıldığını, bir şübhəlinin qanunsuz silah saxladığına görə həbs olunduğunu və ondan tapança və sursatın müsadirə edildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*