Xəbər verdiyimiz kimi, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
KONKRET.az xəbər verir ki, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov-Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
“Qara Qarayev-Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcəyi bildirilib./milliaz

