İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Abbas Muktadai bildirib ki, əgər ABŞ İrana qarşı yenidən hərbi əməliyyatlara başlasa, Tehran buna cavabı “Amerika küçələrində” verəcək.
KONKRET.az xəbər verir ki, bu açıqlama iki ölkə arasında gərgin ritorikanın davam etdiyini göstərir.
Eyni zamanda Axios portalı ABŞ prezidenti Donald Trampın İranla mövcud münaqişəni davam etdirmək istəmədiyini, lakin zərurət yaranarsa hərbi əməliyyatların bərpa olunacağını istisna etmədiyini yazıb.
Trampa yaxın bir mənbə bildirib ki, prezident münaqişənin yekunlaşmasını istəyir və İranın Hörmüz boğazı üzərindəki nəzarətini region üçün təzyiq vasitəsi kimi istifadə etməsindən narahatdır. Bununla belə, Tramp yalnız məcbur qalacağı halda hərbi addımlara razı ola bilər.
Həmçinin iddia olunur ki, mümkün razılaşma əldə olunsa, Tramp administrasiyası İranın dondurulan maliyyə aktivlərinin azad edilməsini də gündəmə gətirə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
