KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında “Bakı Metropoliteni”də yaranan nasazlıq səbəbindən, “Nərimanov” stansiyasından evakuasiya edilən sərnişin Orxan Mirzəyev deyib.
O bildirib ki, qatalar qəfildən dayanıb:
“Gənclik”də minmişdim, “Nərimanov”da saxladılar və dedilər ki, düşün metroda gərginlik aşağı düşüb”.
Qeyd edək ki, “Bakı Metropoliteni”nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov-Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.





