Bakıda naməlum kişi iki azyaşlıya qarşı qeyri-etik hərəkətlər edib – YENİLƏNİBbackend

Bakıda naməlum kişi iki azyaşlıya qarşı qeyri-etik hərəkətlər edib - YENİLƏNİB

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

KONKRET.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmalarla məlum olub ki, həmin şəxs digər azyaşlıya qarşı da bu məzmunda hərəkətlər edib:

“Əlavə məlumat veriləcək”.

***

12:00

Sosial şəbəkələrdə orta yaşlı kişi azyaşlı qızı naməlum yerə aparmaq istəməsi ilə bağlı görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı “Report” un sorğusuna cavab olaraq bildirib ki, hadisə diqqətdədir və araşdırılır:

“Detallar tezliklə ictimaiyyətə açıqlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*