Bakının girəcəyində avtobusla minik maşını toqquşub – FOTObackend

Bakının girəcəyində avtobusla minik maşını toqquşub - FOTO

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, hadisə Moskva prospekti, “Şamaxinka” deyilən ərazidə qeydə alınıb.

Belə ki, şəhər istiqaməti ilə hərəkətdə olan sərnişin avtobusu “Toyota” markalı minik avtomobili ilə toqquşub. Hadisədə xəsarət alan olmasa da “Toyota”ya ziyan dəyib, avtobus sürücüsü isə sərnişinləri düşürərək digər nəqliyyat vasitəsinə əyləşməyi xahiş edib.

Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*