Müharibədən qayıdan rusiyalılar həmvətənlərini öldürürbackend

Müharibədən qayıdan rusiyalılar həmvətənlərini öldürür

Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edərək vətənə qayıdan Rusiya hərbçiləri artıq 200-dən çox həmvətənlini öldürüb və ya şikəst ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Verstka” nəşri yazıb.

O hesablayıb ki, müharibə başlayandan indiyədək geri qayıdan hərbçilər ölümlə nəticələnən qəsdən adam öldürmə və sağlamlığa ağır zərər vurma da daxil olmaqla, insan tələfatı ilə nəticələnən azı 84 cinayət törədiblər.

Bu hərəkətlər nəticəsində 107 rusiyalı ölüb, 100-dən çoxu isə ağır yaralanıb.

Söhbət yalnız hüquq-mühafizə orqanları tərəfindən rəsmi qeydə alınan, 176 hərbçinin təqsirləndirildiyi, onlardan 91-inin əfv olunduğu cinayətlərdən gedir. (Yeni Sabah)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*