Bir müddət əvvəl apellyasiya məhkəməsini udan Canana uşaqlarının hələ də ona verilmədiyini və Mətanət İsgəndərlinin efirlərdən onu “vurduğunu” bildirib.
KONKRET.az xəbər verir ki, müğənni Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Musavat.com-a müsahibəsində deyib ki, o, verilişə çıxıb, danışıb, amma veriliş efirə getməyib: “Mətanət İsgəndərli verilişi sildirdi. Dəfələrlə olub, gedirəm, efirə buraxılmıram. Bu da onu göstərir ki, keçmiş qayınanamın və keçmiş həyat yoldaşımın pulu varsa, onlar hər şey edə bilərlər. Hacı Nuran məni doğum gününə dəvət etmişdi və mən də iştirak etdim. Sırf mənim orda olmağım onları əsəbiləşdirib. Bir söz-söhbət də burda yarandı. Mən bu prosesin içindəyəm və bilirəm, nə qədər çətindir. Mənim savadım var, özümə iş qurmuşam və övladlarım üçün mübarizə aparıram. Bəs bu şəraiti olmayan analar nə edir?
Əgər ananın maddi vəziyyəti yaxşı deyilsə, evi yoxdursa, şəraiti yoxdursa, məhkəmə ona övladını vermir. O ana yazıq nə etməlidir?
Sonra da deyirlər ki, qadınlar pis yola düşür. Mən uşaqlarımla görüşəndə deyirlər ki, ana bizi əyləncə mərkəzinə apar. Əgər mənim pulum olmasa, apara bilməsəm, uşaq düşünəcək ki, mənə elə atamın yanı rahatdır. Axı o məni istədiyim yerə aparır. Mən gördüklərimi sizə danışıram. Mənə nə qədər analar yazır, kömək istəyirlər, məsləhət alırlar.
Məhkəməni udmağıma baxmayaraq, mən hələ də övladlarıma qovuşa bilmirəm. Balalarıma həsrət qalmışam. Hələ Ali Məhkəmə də var. Vəkil deyir ki, qərar dəyişə bilər. Hazır ol buna. Bütün bunlara mən necə dözüm?”
Qeyd edək ki, Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Aynur Həmidova (Canana) arasındakı Apellyasiya məhkəməsinə baş tutub.
Hakimin qərarı ilə üç uşağın (Tuncay, Ruhlan və Mətanət) qəyyumluğu Cananaya verilib. Əməkdar artistin oğlu Kərim və gəlini Canananın qəyyumluq məhkəməsi bir müddət əvvəl başa çatıb. Hakim uşaqların atada qalması qərarını verib. Bundan sonra Canana Apellyasiya Məhkəməsinə müraciət etmişdi.
