Danışılmış oyunlara görə verilən qərar “Qarabağ”a üstünlük qazandırdıbackend

Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı

Çexiyanı təmsil edən “Karvina” klubu danışılmış oyunlarda iştirak faktına görə Avropa Liqasından uzaqlaşdırılıb.

KONKRET.az xəbər verir ki, bu qərar barədə “Football Meets Data” portalı məlumat paylaşıb.

Çexiya komandasının turnirdən kənarlaşdırılması Avropa Liqasının pley-off mərhələsinin püşkatma səbətlərində mühüm dəyişikliklərə səbəb olub.

Məhz “Karvina” ilə bağlı verilən bu qərar sayəsində “Qarabağ”ın da yer aldığı cütlük üçüncü təsnifat mərhələsində səpələnmişlər sırasına yüksələ bilib. Nəticədə, Azərbaycan təmsilçisi pley-off mərhələsinin püşkatmasında da səpələnmişlər mövqeyində qərarlaşacaq.

Pley-off püşkatması üçüncü təsnifat mərhələsinin qarşılaşmalarından daha öncə təşkil ediləcəyindən, “Reyncers” və “Zaltsburq” klublarının daxil olduğu cütlüklərin də sözügedən püşkatmada iştirak edəcəyi rəsmən dəqiqləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*